17 mart 2026. Çərşənbə axşamı

"Çətin anlarda məsuliyyəti üzərinə götürür"


"Çətin anlarda məsuliyyəti üzərinə götürür"

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın cinah oyunçusu Noni Maduekenin çıxışını yüksək qiymətləndirib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bildirib ki, futbolçunun əsas üstünlüklərindən biri çətin anlarda oyuna müdaxilə edə bilməsidir:

“Düşünürəm ki, Noni xüsusilə meydanda işlər yaxşı getməyəndə oyuna təsir etmək üçün lazımi xarakterə malikdir. Onun uğur qazanmaq üçün bütün keyfiyyətləri var”.

Xatırladaq ki, son oyunlardan birində məhz Maduəkənin meydana daxil olması komandasının hesabı bərabərləşdirməsinə şərait yaradıb. O, sağ cinahdan cərimə meydançasına daxil olaraq rəqib müdafiəçisi tərəfindən qayda pozuntusuna məruz qalıb və komandasına on bir metrlik zərbə qazandırıb. Bu zərbəni Kaye Haverts dəqiq yerinə yetirərək hesabı 1:1 edib.

Qeyd edək ki, Noni Madueke 2025-ci ilin yayında “Arsenal”a transfer olunub. O, bundan əvvəl iki il yarım müddətində “Çelsi” klubunda çıxış edib.







İngiltərə P.L.

Ris Ceyms PSJ qarşısında oynaya bilməyəcək
  • İngiltərə P.L.
  • 22:27 16.03.2026
Ris Ceyms PSJ qarşısında oynaya bilməyəcək