- İngiltərə P.L.
- 00:38 17.03.2026
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva komandasının son illərdəki səviyyə düşüşü ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, portuqaliyalı futbolçu bildirib ki, əsas səbəb keçid dövrüdür:
“Ən açıq cavab keçid dövrüdür. Üçqat çempion olduğumuz mövsümə baxanda, heyətdə yalnız dörd-beş futbolçu qalıb. Hər kəsin öz fikri ola bilər — məşqçinin, mənim, digərlərinin. Amma qısa müddətdə çox sayda yeni oyunçunun gəlməsi komandaya kömək etmir. Gənc oyunçuların uyğunlaşması və bir-biri ilə oynamağa öyrəşməsi vaxt tələb edir. Amma bizim bəhanəmiz yoxdur — daha yaxşı çıxış etməliyik”.
Qeyd edək ki, “Mançester Siti” çərşənbə axşamı UEFA Çempionlar Liqasının növbəti matçında "Real Madrid" komandası ilə üz-üzə gələcək.