17 mart 2026. Çərşənbə axşamı

İsak yaşıl meydanlara qayıtmağa yaxındır


İsak yaşıl meydanlara qayıtmağa yaxındır

“Liverpul”un hücumçusu Aleksandr İsak tədricən sıraya qayıtmağa yaxınlaşır.

90deqiqe.Az-ın "The Touchline"yə istinadən məlumatına görə, isveçli futbolçu artıq meydanda məşqlərə başlayıb.

Məlumata görə, İsak uzun müddətdir komandanın zədəlilər siyahısında yer alır. O, 20 dekabr tarixində ölkə çempionatının “Tottenhem”ə qarşı keçirilən oyununda zədələnmişdi. Həmin görüşdə hücumçu sınıq xəsarəti almışdı.

Qeyd edək ki, Aleksandr İsak ötən yay transfer pəncərəsinin son günlərində “Nyukasl Yunayted”dən “Liverpul”a keçid edib.

İsveçli forvard “qırmızılar”ın heyətində keçirdiyi 16 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Liverpul” növbəti oyununu 18 mart tarixində öz meydanında “Qalatasaray”a qarşı Çempionlar Liqası çərçivəsində keçirəcək.







İngiltərə P.L.

İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər
Ris Ceyms PSJ qarşısında oynaya bilməyəcək
  • İngiltərə P.L.
  • 22:27 16.03.2026
Ris Ceyms PSJ qarşısında oynaya bilməyəcək