- İngiltərə P.L.
- 13:30 20.03.2026
İngiltərənin "Mançester Siti" klubunun rəhbərliyi mövsümün sonunda baş məşqçi Pep Qvardiola ilə yolların ayrılması perspektivinə get-gedə daha çox hazırlaşır.
90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, ispaniyalı mütəxəssisin müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir, lakin klub rəhbərliyi gözləyir ki, Qvardiola gələn yay müqaviləsinin bitməsindən bir il əvvəl komandadan ayrılacaq.
Mənbə iddia edir ki, Qvardiola bir qədər istirahət etməyi planlaşdırır, daha sonra isə məşqçi karyerasına davam edəcək.
Qeyd edək ki, “Mançester Siti” yaxınlarda Çempionlar Liqasından kənarlaşdırılıb və 1/8 finalda "Real Madrid"ə məğlub olub.İngiltərə Premyer Liqasında “şəhərlilər” 60 xalla ikinci pillədə qərarlaşıb. Lider "Arsenal" isə 71 xala malikdir.