27 avqust 2026. Cümə axşamı

"Biz Kerrikdən çox məmnunuq"


"Biz Kerrikdən çox məmnunuq"

"Mançester Yunayted"in futbolçusu Amad Diallo baş məşqçi Maykl Kerrik haqqında danışıb.

90deqiqe.Az xəbər verir ki, "UtdDistrict" futbolçunun dediklərini belə çatdırıb.

"Yeni menecerimizdən çox məmnunuq - o, gəldiyi ilk gündən etibarən mümkün olan hər şeyi edib. O, qalibdir. Mövsümün sonunda liqa cədvəlində mümkün qədər yüksək yerləri tutmaq istəyirik"

Bu gün "Qırmızı şeytanlar" Premyer Liqanın 31-ci turunda səfərdə "Bornmut"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. "Yunayted" hazırda İngiltərə Premyer Liqasında üçüncü yerdədir. Kerrikin rəhbərliyi altında əvvəlki doqquz oyundan yeddisində qalib gəlib.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın