22 iyun 2026. Bazar ertəsi

“Everton” “Çelsi”ni darmadağın etdi


“Everton” “Çelsi”ni darmadağın etdi

İngiltərə Premyer Liqasının 31-ci turunda “Everton” doğma meydanda “Çelsi” ilə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, görüş meydan sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 33-cü dəqiqədə Beto açıb. Hücumçu 62-ci dəqiqədə yenidən fərqlənərək dubl edib. 76-cı dəqiqədə isə İliman Ndiaye komandasının üçüncü qolunu vurub.

Bu nəticədən sonra “Everton” 46 xalla turnir cədvəlində 7-ci pilləyə yüksəlib. “Çelsi” isə 48 xalla 6-cı sırada qərarlaşıb.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər