22 mart 2026. Bazar günü

“Çelsi” baş məşqçini qova bilər


“Çelsi” baş məşqçini qova bilər

İngiltərənin “Çelsi” klubunun rəhbərliyi komandanın baş məşqçisi Liam Rosenyerin rəhbərliyi altında göstərilən oyun və nəticələrdən narazıdır.

90deqiqe.Az xəbər verir ki, komanda növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazana bilməsə, 41 yaşlı mütəxəssis vəzifəsindən uzaqlaşdırıla bilər. Bu barədə jurnalist Nikolо Şkira X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

Qeyd edək ki, Rosenyer bu ilin 8 yanvar tarixində London təmsilçisinin baş məşqçisi təyin olunub. Onun klubla mövcud müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir.

“Çelsi” son dövrlərdə uğursuz çıxış edir. Komanda bütün turnirlər daxil olmaqla keçirdiyi son dörd oyunda məğlub olub və bu qarşılaşmalarda qapısından 12 top buraxaraq cəmi 2 qol vura bilib.

İngiltərə Premyer Liqasında 31 turdan sonra “zadəganlar”ın aktivində 48 xal var və komanda turnir cədvəlində altıncı pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Çelsi” baş məşqçini qova bilər
  • İngiltərə P.L.
  • 14:44 22.03.2026
“Çelsi” baş məşqçini qova bilər
“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"