15 aprel 2026. Çərşənbə

"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu


"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu

İngiltərə çempionatının 31-ci turu çərçivəsində "Nyukasl" öz meydanında "Sanderlend"i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, "Sent-Ceyms Park" stadionunda baş tutan görüşdə meydan sahibləri 1:2 hesabı ilə məğlub olub.

10-cu dəqiqədə Antoni Qordon fərqlənib. Qolun asistini Nik Voltemade edib. Lakin qonaqlar oyunda irəlilədi və nəticəni dəyişməyi bacardı.

57-ci dəqiqədə Çemsdin Talbi hesabı bərabərləşdirib. Qarşılaşmanın son anlarında, 90-cı dəqiqədə, Brayan Brobbi qonaqlara üç xalı təmin edən dəqiq zərbə ilə fərqlənib.

Bu qələbə ilə "Sanderlend" 43 xala yüksələrək Premyer Liqa cədvəlində 11-ci pilləyə qalxıb. "Nyukasl" isə 42 xalla 12-ci sırada qərarlaşıb.







İngiltərə P.L.

“Düşmə qorxusu problem yaradır”
  • İngiltərə P.L.
  • 23:50 14.04.2026
“Düşmə qorxusu problem yaradır”
“Arsenal" hələ də çempion ola bilər”
  • İngiltərə P.L.
  • 17:41 13.04.2026
“Arsenal" hələ də çempion ola bilər”