- İngiltərə P.L.
- 22:26 22.03.2026
İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 31-ci turunda “Aston Villa” öz meydanında “Vest Hem”i qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
15-ci dəqiqədə hesabı Con Makqinn açıb. Matçın 68-ci dəqiqəsində isə Olli Uotkins qələbəni rəsmiləşdirən ikinci topu vurub.
Qələbədən sonra “Aston Villa” 54 xala yüksələrək Premyer Liqada 4-cü pillədə qərarlaşıb 29 xalla "Vest Hem" 18-ci yerdədir.