17 aprel 2026. Cümə

Qvardiola “Mançester Siti”ni Avropanın ən güclü üç komandası sırasına daxil etmədi


Qvardiola “Mançester Siti”ni Avropanın ən güclü üç komandası sırasına daxil etmədi

"Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola cari mövsümdə kollektivini Avropanın ən güclü üç klubu sırasında göstərməyib.

90deqiqe.Az xəbər verir ki, "AS" nəşri təcrübəli mütəxəssis dediklərini belə çatdırıb.

“Hazırda "Arsenal", "Bavariya" və bəlkə də "Barselona" Avropanın ən yaxşı komandalarıdır”.

Qeyd edək ki, həlledici qarşılaşmada “şəhərlilər” Arsenal üzərində 2:0 hesablı qələbə qazanıblar.

Bununla belə, daha əvvəl Qvardiolanın komandası Çempionlar Liqasının 1/8 final mərhələsində "Real Madrid" klubuna hər iki oyunda məğlub olaraq turnirlə vidalaşıb – səfərdə 0:3, doğma meydanda isə 1:2.

Qeyd edək ki, Xosep Qvardiola karyerası ərzində adını çəkdiyi "Barselona" və "Bavariya" klublarında da baş məşqçi kimi fəaliyyət göstərib.







İngiltərə P.L.

Maquayr “Çelsi” ilə oyunu buraxacaq
  • İngiltərə P.L.
  • 23:44 15.04.2026
Maquayr “Çelsi” ilə oyunu buraxacaq
“Futbol odur, o isə futboldur”
  • İngiltərə P.L.
  • 23:32 15.04.2026
“Futbol odur, o isə futboldur”
“Düşmə qorxusu problem yaradır”
  • İngiltərə P.L.
  • 23:50 14.04.2026
“Düşmə qorxusu problem yaradır”