23 mart 2026. Bazar ertəsi

“Hazırda danışıqlar yoxdur”


“Hazırda danışıqlar yoxdur”

"Çelsi" klubunun yarımmüdafiəçisi Enzo Fernandes "Real Madrid"ə mümkün transferi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano futbolçunun dediklərini belə çatdırıb.

 “Düzünü desəm, bu istiqamətdə heç nə yoxdur. Heç bir danışıqlar aparılmır. Mən diqqətimi "Çelsi" və mövsümün qalan hissəsinə yönəltmişəm, dünya çempionatından sonra isə nə baş verəcəyini görəcəyik”.

Cari mövsümdə argentinalı futbolçu bütün turnirlərdə 46 oyunda iştirak edib, 12 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla mövcud müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 90 milyon avro təşkil edir.







İngiltərə P.L.

“Hazırda danışıqlar yoxdur”
  • İngiltərə P.L.
  • 21:00 23.03.2026
“Hazırda danışıqlar yoxdur”
“Finalda uduzmaq heç nə demək deyil”
  • İngiltərə P.L.
  • 15:49 23.03.2026
“Finalda uduzmaq heç nə demək deyil”
“Tottenhem” evdə darmadağın oldu
  • İngiltərə P.L.
  • 20:26 22.03.2026
“Tottenhem” evdə darmadağın oldu