9 may 2026. Şənbə

Salah mövsümün sonunda “Liverpul”dan ayrılacaq


Salah mövsümün sonunda “Liverpul”dan ayrılacaq

Misirli hücumçu Məhəmməd Salah mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb.

“Hamıya salam. Təəssüf ki, bu gün gəlib çatdı. Bu, mənim vidamın ilk hissəsidir. Mövsümün sonunda “Liverpul”dan ayrılacağam. Demək istəyirəm ki, bu klubun, bu şəhərin və bu insanların həyatımda nə qədər böyük yer tutacağını heç vaxt təsəvvür etməzdim. “Liverpul” sadəcə futbol klubu deyil, bu ehtiras, tarix və ruhdur. Bunu sözlərlə ifadə etmək mümkün deyil.

Biz birlikdə qələbələri qeyd etdik. Ən önəmli kubokları qazandıq. Həyatımızın ən çətin anlarında birlikdə mübarizə apardıq. Burada olduğum müddətdə bu klubun bir parçası olan hər kəsə təşəkkür etmək istəyirəm, xüsusilə keçmiş və indiki komanda yoldaşlarıma, eləcə də azarkeşlərə. Sözlərim kifayət etmir — karyeramın ən yaxşı dövrlərində mənə verdiyiniz dəstək və ən çətin anlarda yanımda olmağınızı heç vaxt unutmayacağam və daim xatırlayacağam”, — deyə Salah videomüraciətində bildirib.

Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. Bu müddət ərzində 33 yaşlı hücumçu bütün turnirlərdə 435 oyunda iştirak edib, 255 qol vurub və 122 məhsuldar ötürmə edib. Futbolçunun klubla qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.Onun bazar dəyəri 30 milyon avro təşkil edir.







İngiltərə P.L.

“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi
  • İngiltərə P.L.
  • 22:13 08.05.2026
Qvardiola ayın ən yaxşı məşqçisi seçildi