25 mart 2026. Çərşənbə

Salah “Liverpul”dan sonra hansı klubda forma geyinəcək? - agenti açıqladı


Salah “Liverpul”dan sonra hansı klubda forma geyinəcək?  - agenti açıqladı

Misirli hücumçu Məhəmməd Salahın nümayəndəsi olan agent Rami Abbas futbolçunun mövsümün sonunda “Liverpul”dan ayrılmasından sonra onun gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano agentin dediklərini belə çatdırıb.

“Biz Məhəmmədin gələn mövsüm harada oynayacağını bilmirik. Bu o deməkdir ki, başqaları da bunu bilmir”

Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 435 oyuna çıxıb, 255 qol vurub və 122 məhsuldar ötürmə verib. Futbolçunun klubla mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, onun bazar dəyəri 30 milyon avro təşkil edir.







İngiltərə P.L.

“Hazırda danışıqlar yoxdur”
  • İngiltərə P.L.
  • 21:00 23.03.2026
“Hazırda danışıqlar yoxdur”
“Finalda uduzmaq heç nə demək deyil”
  • İngiltərə P.L.
  • 15:49 23.03.2026
“Finalda uduzmaq heç nə demək deyil”