25 mart 2026. Çərşənbə

“Mançester Yunayted” yeni stadion planını açıqladı


“Mançester Yunayted” yeni stadion planını açıqladı

“Mançester Yunayted” təxminən 6 ildən sonra yeni stadiona sahib olmağı planlaşdırır.

90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, klub 100 000 tamaşaçı tutumuna malik yeni arena layihəsini hələ 2025-ci ilin mart ayında təqdim edib.

Stadionun inkişafı üzrə baş direktor Kollet Roş son dövrdə tikinti ilə bağlı görülən işlər haqqında məlumat verib.

“Yeni stadion ideyasını irəli sürdüyümüz zaman demişdik ki, tikinti 4–5 il çəkəcək və bu, doğrudur. Lakin insanlar bunu stadionun 2030-cu ilə hazır ola biləcəyi kimi başa düşdülər. Tikintiyə başlamaq üçün 1–2 il hazırlıq mərhələsi tələb olunur”, – deyə Roş bildirib.

Yeni stadion “Old Trafford”un yerində tikiləcək olsa da, layihə üçün kluba əlavə yaxın ərazilər də lazım olacaq. Roş əlavə edib ki, bu istiqamətdə müəyyən irəliləyiş əldə olunub və klub yaxın bir neçə ay ərzində bütün danışıqların başa çatması ilə bağlı açıqlama verməyi planlaşdırır.







İngiltərə P.L.

“Hazırda danışıqlar yoxdur”
  • İngiltərə P.L.
  • 21:00 23.03.2026
“Hazırda danışıqlar yoxdur”