26 mart 2026. Cümə axşamı

"Napoli"də yenidən futbola aşiq oldum"


"Napoli"də yenidən futbola aşiq oldum"

"Napoli"nin mövsümün sonunadək "Mançester Yunayted"dən icarəyə götürülmüş hücumçusu Rasmus Hoylund "qırmızı şeytanlar"ın keçmiş baş məşqçisi Ruben Amorimin rəhbərliyi altında işləmək barədə təəssüratlarını bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Tribal Football" futbolçunun dediklərini belə çatdırıb.

“Napoli”yə keçidimdən istədiyimi əldə etdim. Müəyyən bir məqamda hiss etdim ki, mənim üçün hər şey “Mançester Yunayted”də bitib. “Napoli”də futbolu yenidən sevdim. Hətta Danimarkada da məni artıq hesabdan silirdilər, amma mən özümə inanmağı dayandırmadım. Hazırda mənə inanan bir komanda və klubda çıxış edirəm. Burada mənimlə işləmək istəyən idman direktoru, klub prezidenti və baş məşqçi var. Mançesterdəki dövrümün sonunda sanki sıxışdırılmışdım. Anlayırdım ki, əgər vəziyyət belə davam etsəydi, futbol həyatımda böyük yer tutmayacaqdı"

 







İngiltərə P.L.

"Napoli"də yenidən futbola aşiq oldum"
  • İngiltərə P.L.
  • 23:39 25.03.2026
"Napoli"də yenidən futbola aşiq oldum"