26 mart 2026. Cümə axşamı

MLS rəhbərindən Salahın mümkün transferinə dair açıqlama


MLS rəhbərindən Salahın mümkün transferinə dair açıqlama

MLS-in rəhbəri Don Qerber “Liverpul”un hücumçusu Məhəmməd Salahın Şimali Amerika çempionatına mümkün keçidi ilə bağlı şərh verib.

90deqiqe.Az xəbər verir ki, funksioner vurğulayıb ki, liqa “İnter Mayami”nin futbolçusu Lionel Messi ilə olduğu kimi bu transferin maliyyələşdirilməsində iştirak etməyəcək.

“Yalnız bir Messi var… Hazırda liqanın bu cür sövdələşmələrdə iştirak etməsi lazım olduğuna əmin deyiləm.Salah Premyer Liqa tarixinin ən böyük futbolçularından biridir… Onu bizim çempionatda görməkdən məmnun olardım. Onun “Liverpul”dan ayrılmaq niyyəti barədə açıqlamasından əvvəl bunu deyə bilməzdim. MLS-də özünü necə yaxşı göstərə biləcəyini görmək çox maraqlı olardı, biz də ona bunun üçün əla şərait yarada bilərdik”

Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. Bu müddət ərzində 33 yaşlı hücumçu bütün turnirlərdə 435 oyunda iştirak edib, 255 qol vurub və 122 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

"Napoli"də yenidən futbola aşiq oldum"
  • İngiltərə P.L.
  • 23:39 25.03.2026
"Napoli"də yenidən futbola aşiq oldum"