27 mart 2026. Cümə

"Salah dünya futbolunun ən güclü hücumçularından biridir"


"Salah dünya futbolunun ən güclü hücumçularından biridir"

İngiltərənin "Liverpul" klubunun sabiq baş məşqçisi Yurgen Klopp komandanın hücumçusu Məhəmməd Salahın mövsümün sonunda komandadan ayrılması qərarına münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bildirib ki, Salah uzun müddət dünya futbolunun ən güclü hücum üçlüyünün üzvlərindən biri olub və ən çox qol vuran hücum xətlərindən birində çıxış edib:

“O, uzun müddət dünya futbolunun ən yaxşı hücum üçlüyünün bir hissəsi idi və ən çox qol vuran hücum xətlərindən birində oynayıb. Bu fakt özü çox şeyi göstərir. Ümid edirəm ki, onun komandadakı son oyununda hər kəsin üzündə təbəssüm olacaq və hamı xoşbəxt olacaq. Çünki onlar futbol tarixinin ən inanılmaz karyeralarından birinə şahidlik ediblər”.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildə Yurgen Kloppun rəhbərliyi dövründə komandaya transfer olunub. Tərəflər cari mövsümün sonunda əməkdaşlığa son qoyulacağını martın 24-də rəsmi şəkildə açıqlayıblar.







İngiltərə P.L.

Kulusevski zədəsi ilə bağlı danışdı
  • İngiltərə P.L.
  • 23:34 26.03.2026
Kulusevski zədəsi ilə bağlı danışdı
"Napoli"də yenidən futbola aşiq oldum"
  • İngiltərə P.L.
  • 23:39 25.03.2026
"Napoli"də yenidən futbola aşiq oldum"