28 mart 2026. Şənbə

“Arsenal” Qabriel Xesusla yollarını ayırır


“Arsenal” Qabriel Xesusla yollarını ayırır

“Arsenal”ın hücumçusu Qabriel Xesus komandanı tərk etməyə yaxındır. 

90deqiqe.Az-ın "Topskills Sports UK"a istinadən məlumatına görə, London klubunun rəhbərliyi 28 yaşlı futbolçu ilə müqavilənin müddətini uzatmamaq qərarı verib. Bu addımın əsas səbəbi braziliyalı oyunçunun yüksək maaşı ilə bağlıdır.

Mənbənin məlumatına görə, “topçular”ın heyətində yaxın dövrdə genişmiqyaslı dəyişikliklərin baş verməsi gözlənilir.

Qabriel Xesus cari mövsümdə bütün yarışlar daxil olmaqla 21 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 5 qol vurub, həmçinin 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, hücumçunun “Arsenal”la qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Futbolçunun transfer dəyəri 20 milyon avro səviyyəsində qiymətləndirilir.







İngiltərə P.L.

"Salahla aramızda heç bir problem yoxdur"
  • İngiltərə P.L.
  • 22:52 27.03.2026
"Salahla aramızda heç bir problem yoxdur"
Fil Foden yayda klubunu dəyişə bilər
  • İngiltərə P.L.
  • 22:40 27.03.2026
Fil Foden yayda klubunu dəyişə bilər
Kulusevski zədəsi ilə bağlı danışdı
  • İngiltərə P.L.
  • 23:34 26.03.2026
Kulusevski zədəsi ilə bağlı danışdı
"Napoli"də yenidən futbola aşiq oldum"
  • İngiltərə P.L.
  • 23:39 25.03.2026
"Napoli"də yenidən futbola aşiq oldum"