29 mart 2026. Bazar günü

“Tottenhem” Tudorla yollarını ayırdı


“Tottenhem” Tudorla yollarını ayırdı

"Tottenhem" futbol klubu baş məşqçisi İqor Tudorla yollarını ayırıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tudorun istefası qarşılıqlı razılıq əsasında baş tutub. Eyni zamanda, klub baş məşqçiyə yaxın bir şəxsin itkisi ilə bağlı başsağlığı verib və ona, həmçinin ailəsinə çətin dövrdə dəstək olacağını bildirib.

Tudorla yanaşı onun iki köməkçisi – qapıçılar üzrə məşqçi Tomislav Rogiç və fiziki hazırlıq üzrə məşqçi  Rikkardo Raqnaççini də göndərib.

Yeni baş məşqçi barədə məlumat yaxın vaxtlarda açıqlanacaq.

Qeyd edək ki, Tudor fevralın 14-dən komandaya rəhbərlik edirdi. Onun rəhbərliyi altında "Tottenhem" yeddi oyunda beş dəfə məğlub olub. Hazırda komanda 30 xalla Premyer Liqada 17-ci pillədə qərarlaşıb və xallar baxımından zona ilə bir xal fərqi var. Klub son bir ildə artıq üç baş məşqçisini dəyişib.







İngiltərə P.L.

“Tottenhem” Tudorla yollarını ayırdı
  • İngiltərə P.L.
  • 20:54 29.03.2026
“Tottenhem” Tudorla yollarını ayırdı
“Mançester Yunayted”ə Osimhen lazımdır"
  • İngiltərə P.L.
  • 23:08 28.03.2026
“Mançester Yunayted”ə Osimhen lazımdır"
Co Koul Messini Ronaldodan üstün tutdu
  • İngiltərə P.L.
  • 22:35 28.03.2026
Co Koul Messini Ronaldodan üstün tutdu
"Salahla aramızda heç bir problem yoxdur"
  • İngiltərə P.L.
  • 22:52 27.03.2026
"Salahla aramızda heç bir problem yoxdur"