29 mart 2026. Bazar günü

"Çelsi"nin Mareskanı işdən çıxarmaq qərarını başa düşmürəm"


"Çelsi"nin Mareskanı işdən çıxarmaq qərarını başa düşmürəm"

"Çelsi"nin müdafiəçisi Mark Kukurella London klubunun baş məşqçisi Enzo Mareskanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, futbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.

"Bu qərarı başa düşmürəm. Biz kifayət qədər yaxşı oynadıq, aydın oyun strategiyamız var idi. Hamımız məyus olduq. Bu, oyunçular üçün həqiqətən çətindir", - Kukurella mətbuat konfransında bildirib.

Enzo Mareska 2024-cü ilin yayından 2026-cı ilin yanvarına qədər "Çelsi"yə baş məşqçilik edib. Onun rəhbərliyi altında London klubu Konfrans Liqasını və Klublararası Dünya Kubokunu qazanıb. "Çelsi" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 31 oyundan 48 xalla altıncı yerdədir. "Mavilər" cari mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməmək riski ilə üzləşir.







İngiltərə P.L.

“Tottenhem” Tudorla yollarını ayırdı
  • İngiltərə P.L.
  • 20:54 29.03.2026
“Tottenhem” Tudorla yollarını ayırdı
“Mançester Yunayted”ə Osimhen lazımdır"
  • İngiltərə P.L.
  • 23:08 28.03.2026
“Mançester Yunayted”ə Osimhen lazımdır"
Co Koul Messini Ronaldodan üstün tutdu
  • İngiltərə P.L.
  • 22:35 28.03.2026
Co Koul Messini Ronaldodan üstün tutdu
"Salahla aramızda heç bir problem yoxdur"
  • İngiltərə P.L.
  • 22:52 27.03.2026
"Salahla aramızda heç bir problem yoxdur"