- İngiltərə P.L.
- 22:33 29.03.2026
Xorvatiyalı mütəxəssis İqor Tudor “Tottenhem”dən nəticələrin qənaətbəxş olmaması səbəbindən istefaya göndərildikdən sonra, İngiltərə Premyer Liqası klublarında ən qısa müddət işləyən məşqçilər siyahısına daxil olub.
90deqiqe.Az-ın "BBC"ə istinadən məlumatına görə, Tudor 44 günlə dördüncü sırada yer alıb.
Rekord “Lids”də 2023-cü ildə yalnız 30 gün çalışan Sem Ellardaysa aiddir. Anqe Postekoqlu 2025-ci ildə “Nottingham”ı 39 gün çalışdırıb, “Çarlton”dan Les Rid isə 2006-cı ildə 40 gün vəzifədə olub. Tudoru Xavi Qrasiya (“Lids”, 2023, 69 gün) və Frank de Bur (“Kristal Pelas”, 2017, 77 gün) izləyir.
İngiltərənin – bəlkə də bütün dünyanın – ən qısa məşqçilik rekorduna isə “Çelsi”nin hazırkı baş məşqçisi Liam Rosenyorun atası Leroy Rosenyor sahibdir. 2007-ci ildə Leroy “Torqi Yunayted”in başında yalnız 10 dəqiqə çalışmışdı; bu, klubun sahibi dəyişdikdən sonra baş vermişdi.