- İngiltərə P.L.
- 17:05 30.03.2026
Misir millisinin direktoru İbrahim Həsən hesab edir ki, hücumçu Məhəmməd Salah “Liverpul”dan ayrıldıqdan sonra ABŞ liqasına keçməməlidir.
90deqiqe.Az xəbər verir ki, "On Sports" onun dediklərini belə çatdırıb.
“O, Avropada qalsın istərdim. Eşitmişəm ki, ona PSJ, “Bavariya” və A Seriyasının bir sıra klubları maraq göstərir.
ABŞ liqasına keçid? Məhəmməd bu halda diqqət mərkəzindən çox uzaq düşəcək. Belə olsa, siz Salahı mənim indi Messini xatırladığım qədər xatırlayacaqsınız, mən hətta onun oyununu izləməyə belə çalışmıram.
Əgər Salahın Avropadan təklifləri olmasa, o zaman Səudiyyə Ərəbistanına keçid pis variant olmazdı. Xüsusilə də bu liqada Kriştianu Ronaldo kimi məşhur futbolçuların çıxış etdiyini nəzərə alsaq”,
Xatırladaq ki, Salah daha əvvəl cari mövsümün onun İngiltərə klubunda son mövsümü olacağını açıqlayıb. Misirli vinger 2017-ci ildən Mersisayd təmsilçisində çıxış edir. Salah İngiltərə çempionatında 310 oyun keçirib, bu oyunlarda 189 qol vurub və 92 məhsuldar ötürmə edib.