- İngiltərə P.L.
- 22:32 31.03.2026
“Tottenhem” klubu Roberto De Zerbinin komandanın baş məşqçisi vəzifəsinə təyin olunduğunu rəsmən açıqlayıb.
90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, italiyalı mütəxəssislə uzunmüddətli müqavilə imzalanıb.
Daha əvvəl tərəflər arasında beşillik müqavilə bağlanacağını yazmışdı.
46 yaşlı məşqçi daha əvvəl İngiltərədə “Brayton”u, Fransada isə “Marsel”i çalışdırıb. O, 2026-cı ilin fevralında Fransa klubundan ayrılıb. De Dzərbayi müxtəlif illərdə “Şaxtyor”, “Sassuolo”, “Benevento” və “Palermo” komandalarında da baş məşqçi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, “Tottenhem” martın 29-da komandanın baş məşqçisi İqor Tudorla yollarını ayırıb. Xorvatiyalı mütəxəssis bu vəzifəyə fevralın 14-də təyin olunmuşdu və mövsüm ərzində komandanın üçüncü baş məşqçisi olmuşdu. Klub daha əvvəl Tomas Frank və Angelos Postekoqlu ilə də əməkdaşlığı dayandırmışdı.