21 mart 2026. Şənbə

David Silva'nın 200-cü qələbəsi


David Silva'nın 200-cü qələbəsi

Mançester Siti'nin "Everton"  üzərində qələbəsi şəhərlilərin kapitanı David Silva üçün İngiltərə çempionatında 200-cü qalibiyyət olub.

Corner.az-ın məlumatına görə, bu barədə klubun  rəsmi saytı bildirib.

Bildirilir ki, bu nailiyyəti əldə etmək üçün futbolçu 289 matç keçirib. İspaniyalı premyer-liqanın tarixində buna hamıdan daha tez nail olub.

33 yaşlı futbolçu "şəhərlilər"in heyətində 2010-cu ildən çıxış edir. Bu vaxt ərzində oyunçu dörd çempion mükafatını qazanmağa nail olub.

Daha əvvəl bildirilirdi ki, "Mançester Siti" klubu futbol üzrə İngiltərə Premyer Liqasının 20-ci turunda "Sauthempton" üzərində qələbə qazanıb. Sauthempton şəhərinin "Sent-Meris" stadionunda keçən qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Mançester Siti"yə qələbə gətirən qolları David Silva və Serxio Aquero vurub. Üçüncü top avtoqol kimi Ceyms Uord-Prausun adına yazılıb.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər