2 aprel 2026. Cümə axşamı

“Salah klub tarixində əfsanə kimi qalacaq”


“Salah klub tarixində əfsanə kimi qalacaq”

“Liverpul”un baş məşqçisi Arne Slot komandanın hücumçusu Məhəmməd Salah barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis bildirib ki, misirli futbolçu klubun canlı əfsanəsidir:

“Ümid edirəm ki, qarşıdakı həftələrdə və aylarda – hələ də xüsusi nailiyyətlər uğrunda mübarizə apardığımız dövrdə – o, öz tarixini daha da zənginləşdirə biləcək. Lakin artıq indidən demək olar ki, o, bu klubun əfsanəsidir. Çünki son mövsümlərdə əldə olunan uğurlarda onun rolu danılmazdır”.

Qeyd edək ki, daha əvvəl Məhəmməd Salah cari mövsüm başa çatdıqdan sonra “Liverpul”dan ayrılacağını açıqlayıb. Misirli futbolçu 2017-ci ildən etibarən bu komandada çıxış edir.







İngiltərə P.L.

İsak meydanlara qayıdır
  • İngiltərə P.L.
  • 21:45 01.04.2026
İsak meydanlara qayıdır
"Salah Avropada qalmalıdır"
  • İngiltərə P.L.
  • 17:05 30.03.2026
"Salah Avropada qalmalıdır"