2 aprel 2026. Cümə axşamı

“Mançester Siti”də ötən ayın ən yaxşısı açıqlandı


“Mançester Siti”də ötən ayın ən yaxşısı açıqlandı

“Mançester Siti”də mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.

90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, "şəhərlilər"də ötən ay üzrə ən yaxşısı müdafiəçi Abdukodir Xusanov seçilib.

Mart ayında futbolçu bütün yarışlarda altı oyunda iştirak edib. O, Liqa Kubokunun finalında “Arsenal”a qarşı keçirilən və 2:0 hesabı ilə başa çatan görüşdə 90 dəqiqə meydanda olub.

Bundan əlavə, müdafiəçi Çempionlar Liqasının 1/8 final mərhələsində “Real Madrid”ə qarşı oyunlarda da tam vaxt oynayıb.

Qeyd edək ki, “Mançester Siti” növbəti oyununu 4 aprel tarixində İngiltərə Kubokunun 1/4 final mərhələsində “Liverpul”a qarşı keçirəcək.







İngiltərə P.L.

İsak meydanlara qayıdır
  • İngiltərə P.L.
  • 21:45 01.04.2026
İsak meydanlara qayıdır
"Salah Avropada qalmalıdır"
  • İngiltərə P.L.
  • 17:05 30.03.2026
"Salah Avropada qalmalıdır"