- İngiltərə P.L.
- 17:26 02.04.2026
"Liverpul"un keçmiş yarımmüdafiəçisi Stiven Cerrard 2015-ci ildə "Los-Anceles Qalaksi"yə keçidi barədə fikirlərini bildirib.
90deqiqe.Az xəbər verir ki, "The Overlap" sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Liverpul”dan “Los-Anceles Qalaksi”yə keçdiyim üçün peşman deyiləm. Orada mənimlə çox yaxşı maraqlandılar. “Liverpul” mənə bir illik müqavilə təklif etdi, amma Brenden Rodcers dedi ki, oyun vaxtım dəyişəcək və əvvəlki kimi olmayacaq. Mən sadəcə oynamaq istəyirdim, futbolu sevirəm. Mənə əvəzlənmək xoş deyildi”
Stiven Cerrard karyerasını bitirməzdən əvvəl 2015-ci ildən 2017-ci ilə qədər "Los-Anceles Qalaksi"də oynayıb. Yarımmüdafiəçi Amerika klubunda 39 oyun keçirib, beş qol vurub və 15 məhsuldar ötürmə edib.