- İngiltərə P.L.
- 23:30 05.04.2026
Belçikalı qapıçı Simon Minyole mövsümün sonunda karyerasını başa vurmaq qərarı verib.
90deqiqe.Az xəbər verir ki, bu barədə onun hazırkı komandası olan “Brügge” klubunun mətbuat xidməti məlumat yayıb.
Mövsümün sonunda Minyolenin klubla müqaviləsi başa çatacaq. Hazırda onun 38 yaşı var.
Karyerası ərzində o, cəmi dörd klubda çıxış edib: doğma “Sent-Trüden” (2006–2010), “Sanderlend” (2010–2013), “Liverpul” (2013–2019) və “Brügge” (2019 – indiyədək).
2010–2022-ci illər ərzində vaxtaşırı Belçika millisinin heyətinə dəvət olunan qapıçı “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 35 oyun keçirib və 39 top buraxıb.
Karyerası ərzində dörd komanda tituluna sahib çıxan Minyole bunlardan ikisini Belçika çempionluğu kimi “Brügge” ilə qazanıb, birini isə 2019-cu ildə “Liverpul”un heyətində Çempionlar Liqasının qalibi olaraq əldə edib.