- İngiltərə P.L.
- 23:48 03.04.2026
“Arsenal”ın sabiq hücumçusu Tyeri Anri komandanın yarımmüdafiəçisi Martin Subimendini dəstəkləyib.
90deqiqe.Az-ın məlumatına görə, "Arsenal Radar" sabiq futbolçunun dediklərini belə çatdırıb.
“İnsanlar həmişə müzakirə etməyi və tənqid etməyi sevirlər. Hər zaman suallar vermək olar, amma Subimendi bu liqaya yeni gəlib. Xatırlayıram, Rodri də “Mançester Siti”yə keçəndə ona da şübhə ilə yanaşırdılar. Mən də bunu yaşamışam, ona görə bilirəm ki, tənqidi qəbul edib əlimizdən gələni etmək lazımdır ki, bütün şübhələri sübut edək”, – Anri "Arsenal Radar"ın sitat gətirdiyi sözlərində bildirib.
Martin Subimendi ötən ilin yayında “Real Sosyedad”dan 70 milyon avroya “Arsenal”a transfer olunub.