17 aprel 2026. Cümə

"50-70 metr məsafədə olan oyunçudan davamlı qol vurmasını gözləmək olmaz"


"50-70 metr məsafədə olan oyunçudan davamlı qol vurmasını gözləmək olmaz"

"Nyukasl Yunayted"in hücumçusu Nik Voltemade bu mövsüm yaşadığı çətinliklərlə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, Almaniya millisinin üzvü qol vurmadığına görə tənqid olunsa da, hücumçu özü bu ittihamları əsassız hesab edir.

"Böhranımdan danışan insanlar oyunları izləməyiblər, çünki mövsümün əvvəlindəkindən tamamilə fərqli oynayıram. "Çelsi"yə qarşı oyunda demək olar ki, bütün oyunu yarımmüdafiədə keçirdim. Sadəcə, oynadığım zonalara diqqət yetirmək lazımdır. Qapıdan 50-70 metr məsafədə olan oyunçudan davamlı qol vurmasını gözləmək olmaz", - deyə 24 yaşlı futbolçu "Süddeutsche Zeitung"a verdiyi müsahibədə bildirib.

"Nyukasl" ötən yay "Ştutqart"dan Nik Voltemadeni 75 milyon avroya transfer edib. "Sağsağanlar"ın heyətində 45 oyunda oyunçu on qol vurub və beş məhsuldar ötürmə edib.







İngiltərə P.L.

Maquayr “Çelsi” ilə oyunu buraxacaq
  • İngiltərə P.L.
  • 23:44 15.04.2026
Maquayr “Çelsi” ilə oyunu buraxacaq
“Futbol odur, o isə futboldur”
  • İngiltərə P.L.
  • 23:32 15.04.2026
“Futbol odur, o isə futboldur”
“Düşmə qorxusu problem yaradır”
  • İngiltərə P.L.
  • 23:50 14.04.2026
“Düşmə qorxusu problem yaradır”