4 aprel 2026. Şənbə

Bruno Fernandeş Premyer Liqada ayın ən yaxşısı seçildi


Bruno Fernandeş Premyer Liqada ayın ən yaxşısı seçildi

“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu adına layiq görülüb.

90deqiqe.Az xəbər verir ki, mükafat portuqaliyalı yarımmüdafiəçiyə karyerasında altıncı dəfə təqdim olunub. Bununla da o, klub rekordu təkrarlayıb. Belə ki, daha əvvəl yalnız onun həmyerlisi Kriştiano Ronaldo “Mançester Yunayted”in heyətində bu mükafatı altı dəfə qazanmışdı.

Liqa rekordu isə Harri Keyn, Serxio Aquero və Məhəmməd Salah arasında bölünür – hər üç futbolçu bu ada yeddi dəfə layiq görülüb. Fernandeş və Ronaldu isə “Liverpul”un əfsanəsi Stiven Cerrardla birlikdə altı mükafatla növbəti pillədə qərarlaşıb.

Qeyd edək ki, Bruno Fernandeş 2020-ci ilin əvvəlindən “Mançester Yunayted”in formasını geyinir.







İngiltərə P.L.

"Onun yaşında küçədə oynayırdım"
  • İngiltərə P.L.
  • 23:32 03.04.2026
"Onun yaşında küçədə oynayırdım"
"Saka dünyanın ən yaxşılarından biridir"
  • İngiltərə P.L.
  • 23:24 03.04.2026
"Saka dünyanın ən yaxşılarından biridir"
Tyeri Anri Subimendini müdafiə etdi
  • İngiltərə P.L.
  • 23:07 03.04.2026
Tyeri Anri Subimendini müdafiə etdi
 Mikel Arteta martın ən yaxşısı seçilib
  • İngiltərə P.L.
  • 23:00 03.04.2026
Mikel Arteta martın ən yaxşısı seçilib