- İngiltərə P.L.
- 23:48 03.04.2026
“Arsenal”ın baş məşqçisi Mikel Arteta İsveç millisinin hücumçusu Viktor Qyökereşin mart ayının sonunda milli komandada vurduğu dörd qola münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Onun ölkəsinə qələbə qazandırmasının nə qədər önəmli olduğunu təsəvvür edə bilirəm. Komandanın dünya çempionatına qatıla bilmədiyi vəziyyət də məlum idi. O, böyük enerji və özünəinamla çıxış etdi və bu, çox sevindiricidir”.
Qeyd edək ki, Qyökereş pley-off mərhələsinin yarımfinalında Ukrayna millisinə qarşı keçirilən oyunda üç qol vurub. O, həmçinin final qarşılaşmasında Polşa yığmasına qarşı həlledici qola imza atıb.
Həmin görüş İsveç millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb və komanda dünya çempionatına vəsiqə qazanıb.