5 aprel 2026. Bazar günü

"Çelsi"dən darmadağın


"Çelsi"dən darmadağın

İngiltərə Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Çelsi" ilə "Port Veyl" komandaları arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az xəbər verir ki, London təmsilçisi rəqibini 7:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Görüşə sürətli başlayan "Çelsi" 2-ci dəqiqədə hesabı açıb. Yorrel Hato fərqlənib. 25-ci dəqiqədə Joao Pedro fərqi artırıb. 42-ci dəqiqədə isə "Port Veyl" müdafiəçisi Cordan Qabriel avtoqol ilə fərqlənib.

İkinci hissədə üstünlüyünü davam etdirən "Çelsi" 56-cı dəqiqədə Tosin Adarabioyo, 69-cu dəqiqədə Andre Santos, 82-ci dəqiqədə isə Estevao ilə fərqlənib. Qarşılaşmanın 90+2-ci dəqiqəsində isə Alexandro Qarnaço penalti zərbəsini dəqiq yerinə yetirib və yekun hesabı müəyyənləşdirib.

İngiltərə Kubokunda yarımfinal mərhələsinin püşkü 5 aprel tarixində atılacaq. Bu mərhələnin oyunları 25 və 26 aprel tarixlərində keçiriləcək.

Qeyd edək ki, turnirin hazırkı qalibi "Kristal Pelas" komandasıdır. Finalda London təmsilçisi "Mançester Siti" üzərində 1:0 hesablı qələbə qazanıb.







İngiltərə P.L.

"Het-trik etmək hər zaman xoşdur”
  • İngiltərə P.L.
  • 23:29 04.04.2026
"Het-trik etmək hər zaman xoşdur”
"Çelsi"dən darmadağın
  • İngiltərə P.L.
  • 23:07 04.04.2026
"Çelsi"dən darmadağın
"Onun yaşında küçədə oynayırdım"
  • İngiltərə P.L.
  • 23:32 03.04.2026
"Onun yaşında küçədə oynayırdım"