- İngiltərə P.L.
- 01:01 05.04.2026
İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Liam Rosenyor yarımmüdafiəçi Enzo Fernandesın agentinin son açıqlamasına münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis kubok oyununda "Port Veyl" üzərində qazanılan qələbədən sonra qeyd edib: “Bu, Enzonun agentinin fikridir. Mən kiminsə fikirlərini müzakirə etmək istəmirəm”.
O, həmçinin oyundan əvvəl futbolçu ilə görüşdüyünü vurğulayıb: “Aramızda heç bir problem yoxdur. Hər şey insanların düşündüyü kimi deyil”.
Qeyd edək ki, argentinalı yarımmüdafiəçi Madridə köçmək istədiyini bildirdikdən sonra klub tərəfindən cəzalandırılıb. Futbolçunun agenti Xavyer Pastore də qərarla razılaşmadıqlarını və oyunçunun özünü günahkar hesab etmədiyini bildirib.