10 may 2026. Bazar günü

“Sauthempton” “Arsenal”ı məğlub edərək yarımfinala yüksəlib


“Sauthempton” “Arsenal”ı məğlub edərək yarımfinala yüksəlib

Futbol üzrə İngiltərə Kubokunun 2025/2026 mövsümündə 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

90deqiqe.Az xəbər verir ki, “Sauthempton” doğma meydanda Londonun “Arsenal” komandasını 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Qarşılaşma Sauthempton şəhərində yerləşən “Sent-Meri” stadionunda baş tutub. Oyunun baş hakimi Samuel Barrott olub.

Matçda hesab 35-ci dəqiqədə Ross Stüartın qolu ilə açılıb və meydan sahibləri hesabda önə keçiblər. 68-ci dəqiqədə Viktor Qyökereş bərabərlik qolunu vurub. Görüşün taleyini isə 85-ci dəqiqədə fərqlənən Şi Çarlz həll edib.

Turnirin yarımfinal mərhələsinin püşkatma mərasimi aprelin 5-də keçiriləcək. Bu mərhələnin oyunları aprelin 25 və 26-da baş tutacaq.

Qeyd edək ki, turnirin son qalibi finalda “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edən “Kristal Pelas” komandasıdır.







İngiltərə P.L.

 “Mançester Yunayted” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 21:26 09.05.2026
“Mançester Yunayted” səfərdə xal itirdi
“Onunla işləmək böyük zövqdür”
  • İngiltərə P.L.
  • 23:33 08.05.2026
“Onunla işləmək böyük zövqdür”
“Belə futbolçunu tapmaq çətindir”
  • İngiltərə P.L.
  • 23:28 08.05.2026
“Belə futbolçunu tapmaq çətindir”