- İngiltərə P.L.
- 18:15 05.04.2026
“Arsenal” klubunun baş məşqçisi Mikel Arteta cari mövsümün sonunda komandadan ayrıla bilər.
90deqiqe.Az-ın "The Touchline"yə istinadən məlumatına görə, İngiltərə kubokunda sensasiyalı məğlubiyyətdən sonra klub rəhbərliyinin Artetaya qarşı narazılığı artıb. Rəhbərlik aşağı liqa təmsilçisinə məğlub olaraq turnirdən kənarda qalmağı qəbuledilməz hesab edir.
Buna baxmayaraq, klub hələ də Artetaya inanır, lakin rəhbərlik artıq komandadan təcili olaraq titul gözləyir. Bildirilir ki, “Arsenal” ölkə çempionu olmazsa və ya Çempionlar Liqasını qazanmasa, bu mövsüm Arteta üçün London klubunda son mövsüm ola bilər.
Xatırladaq ki, Mikel Arteta 2019-cu ildən “Arsenal”a rəhbərlik edir. Hazırda London təmsilçisi 31 oyundan sonra 70 xalla ölkə çempionatının turnir cədvəlinə başçılıq edir.