6 aprel 2026. Bazar ertəsi

Fernandesi heyətdən kənarlaşdıran baş məşqçi deyil


Fernandesi heyətdən kənarlaşdıran baş məşqçi deyil

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes iki oyunluq heyətdən kənarlaşdırılıb.

90deqiqe.Az-ın "The Touchline"yə istinadən məlumatına görə, klub bu qərarı argentinalı futbolçunun Madrid şəhərində yaşamaq istəyi ilə bağlı açıqlamasından sonra verib. Komanda rəhbərliyi futbolçunun bu fikirlərini onun “Real”a mümkün keçidi ilə əlaqələndirib.

Məlumata görə, baş məşqçi Liam Rosenyor bu qərarda iştirak etməyib. Fernandesin cəzalandırılması birbaşa klub rəhbərliyi tərəfindən həyata keçirilib. Rəhbərlik futbolçunun açıqlamasından narazı qalıb, çünki daha əvvəl onun klubun layihəsinə sadiq olduğuna inanırdı.

Bununla belə, baş məşqçi Fernandesin hələ də komandanın gələcəyi üçün vacib oyunçulardan biri olduğunu düşünür.







İngiltərə P.L.

"Het-trik etmək hər zaman xoşdur”
  • İngiltərə P.L.
  • 23:29 04.04.2026
"Het-trik etmək hər zaman xoşdur”
"Çelsi"dən darmadağın
  • İngiltərə P.L.
  • 23:07 04.04.2026
"Çelsi"dən darmadağın