- İngiltərə P.L.
- 23:30 05.04.2026
2025/2026 mövsümünün İngiltərə Kubokunun yarımfinal cütlükləri müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, bu barədə məlumat İngiltərə Futbol Assosiasiyasının rəsmi saytında yerləşdirilib.
Yarımfinal cütlükləri belədir:
Bu mərhələnin qarşılaşmaları 25 və 26 aprel tarixlərində keçiriləcək.
1/4 finalda “Mançester Siti” “Liverpul”u 4:0 hesabı ilə məğlub edib, “Çelsi” “Port Veyl”i 7:0 ilə keçib. “Sauthempton” “Arsenal”ı 2:1 hesabı ilə üstələyib, “Lids Yunayted” isə “Vest Hem Yunayted” üzərində penaltilərlə 4:2 hesabı ilə qalib gəlib (əsas vaxt 2:2).
Tarixə nəzər salsaq, İngiltərə Kubokunu ən çox qazanmış klub Londondakı “Arsenal”dır – 14 titul. İkinci pillədə “Mançester Yunayted” (13), üçüncü sırada isə “Liverpul”, “Tottenhem” və “Çelsi” (hərəsi 8 titul) qərarlaşıb.