- İngiltərə P.L.
- 23:57 06.04.2026
“Tottenhem” klubu amerikalı rep ifaçısı və prodüseri Kanye Vestin öz stadionunda çıxış etməsinə icazə verməyib.
90deqiqe.Az xəbər verir ki, buna səbəb kimi ifaçının yəhudilərə qarşı səsləndirdiyi fikirlər və klubun yəhudi icması ilə tarixi əlaqələri göstərilib.
Bunun əvəzinə rep ifaçısı musiqi festivalında çıxış etməyə dəvət olunub. Lakin bu qərar ciddi tənqidlərə səbəb olub və nəticədə iki böyük sponsor tədbirdə iştirakdan imtina edib.
“Pepsi” şirkəti Kanye Vestin festivalın əsas çıxışçısı olmasına etiraz olaraq sponsorluq dəstəyini dayandırdığını açıqlayıb. Bir neçə saat sonra isə “Guinness”, “Johnnie Walker” və “Captain Morgan” markalarının sahibi olan “Diageo” şirkəti də eyni addımı atıb.
Böyük Britaniyanın Baş naziri Kir Starmer məsələ ilə bağlı açıqlama verərək festivalın Kanye Vesti dəvət etməsi qərarını “dərin narahatlıq doğuran” adlandırıb. O bildirib ki, ifaçının əvvəlki yəhudilərə qarşı səsləndirdiyi fikirlər nəzərə alınarsa, onun ölkəyə girişinə qadağa qoyulması ehtimalı var.