- İngiltərə P.L.
- 23:57 06.04.2026
İngiltərə Kubokunun 1/4 finalında “Mançester Siti” tarixi qələbə əldə edib.
90deqiqe.Az xəbər verir ki, “Etihad” stadionunda keçirilən görüşdə “Liverpul”u 4:0 hesabı ilə məğlub edən “şəhərlilər" 1973-cü ildən sonra ilk dəfə İngiltərə Kubokunda “Liverpul”u məğlub edib.
Turnirin əvvəlki mərhələsində “Mançester Siti” “Nyukasl Yunayted”i, “Liverpul” isə “Volverhempton”u məğlub etmişdi. Bu nəticə ilə “şəhərlilər” yarımfinala yüksələrək turnirdə növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, “Mançester Siti” bu turnirdə daha əvvəl 1988, 2001, 2003 və 2022-ci illərdə “Liverpul”a uduzmuşdu. Hazırkı kubok sahibi “Kristal Pelas” isə finalda “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edərək titul qazanmışdı.