7 aprel 2026. Çərşənbə axşamı

“Mövsüm boyu qol imkanlarımızı düzgün istifadə edə bilmədik”


“Mövsüm boyu qol imkanlarımızı düzgün istifadə edə bilmədik”

“Liverpul”un baş məşqçisi Arne Slot bu mövsümdə “qırmızılar”ın çatışmayan tərəflərini açıqlayıb.  

90deqiqe.Az xəbər verir ki, "BBC" çalışdırıcının dediklərini belə çatdırıb.

“İngiltərə Kubokundan kənar qalmaq çox üzücüdür – yalnız şəraitə görə deyil, nəticəyə və hesabla bağlıdır. Bu, bizim üçün daha bir böyük məyusluqdur. Mövsümün böyük hissəsində bizə çatışmayan əsas məsələ şanslarımızı qol ilə nəticələndirmək idi. Düşünürəm ki, oyun onlar penalti qolu vurana qədər bərabər keçirdi. Əvvəlki səfər oyununda da fasilədən əvvəl qol buraxmışdıq, bu dəfə də eyni oldu. 0:2 hesabı ilə fasiləyə çıxmaq xoş deyil və əhval-ruhiyyəyə müsbət təsir etmir. Bunu yaşamaq çox çətin idi. Yeganə müsbət məqam odur ki, daha çox qol buraxmadıq”

Qeyd edək ki, Mersisayd klubu İngiltərə Kubokunun 1/4 finalında “Mançester Siti”yə 0:4 hesabı ilə uduzmuşdu.







İngiltərə P.L.