- İngiltərə P.L.
- 23:59 07.04.2026
İngiltərənin “Liverpul” klubunun azarkeşlər şurası biletlərin qiymətlərinin artırılmasına etiraz olaraq aksiyalar təşkil edəcəyini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, aksiyalar 11 aprel tarixindən başlayaraq həm “Enfild” stadionunda, həm də onun ətrafında keçiriləcək.
Klub son açıqlamasında növbəti üç mövsüm üçün bilet qiymətlərinin artırılacağını bildirib və bunu inflyasiya ilə izah edib. Həmçinin abunə biletlərin qiymətinin də artırılacağı vurğulanıb. Qeyd edək ki, “Liverpul” son 10 mövsümdən 8-də bilet qiymətlərini sabit saxlamışdı. Klub isə bildirir ki, “Enfild”də matçların keçirilməsi üzrə xərclər bu müddət ərzində 85 faiz artıb.
Azarkeşlər şurası hesab edir ki, qiymət artımına real ehtiyac yoxdur, çünki klub kommersiya və digər mənbələrdən böyük gəlir əldə edir. Azarkeşlərdən xahiş olunur ki, stadionda əlavə xərclər etməsinlər və abunə biletləri yeniləməsinlər. Bu addımla onlar klubun sahibi Fenway Sports Group-a aydın mesaj vermək istəyirlər.