8 aprel 2026. Çərşənbə

“Çelsi”nin müdafiəçisi Ris Ceyms tezliklə meydana qayıda bilər


“Çelsi”nin müdafiəçisi Ris Ceyms tezliklə meydana qayıda bilər

“Çelsi” klubunun müdafiəçisi Ris Ceyms bud zədəsindən sonra bərpa prosesini davam etdirir.

90deqiqe.Az-ın "The Guardian"a istinadən məlumatına görə, komandanın kapitanı planlaşdırılandan əvvəl meydana qayıda bilər.

Ris Ceymsin yaşıl meydanlara dönüşü aprelin sonu və ya gələn ayın əvvəlində gözlənilir.

Qeyd edək ki, daha əvvəl 26 yaşlı futbolçunun mövsümün qalan hissəsini buraxma riski olduğu bildirilirdi.

Cari mövsümdə İngiltərə Premyer Liqasında Ceyms 27 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Müdafiəçinin aktivində həmçinin 4 sarı vərəqə var.







İngiltərə P.L.