- İngiltərə P.L.
- 23:59 07.04.2026
Niderlandlı çalışdırıcı Arne Slot böyük ehtimalla gələn mövsümdə “Liverpul”un baş məşqçisi postunda çalışmayacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.
Bildirilir ki, “Liverpul”un əsas namizədi kimi klub Xabi Alonsonu nəzərdən keçirir. Xabi Alonso “Real”dan ayrıldıqdan sonra təxminən üç aydır ki, heç bir klubla müqaviləsi yoxdur.
2004-2009-cu illərdə Xabi Alonso futbolçu kimi “Liverpul”da çıxış edib.
Hazırda “Liverpul” Premyer Liqa cədvəlində beşinci pillədə qərarlaşıb. Arne Slotun komandası aprelin 11-də çempionat çərçivəsində ev oyununda “Fulhem”i qəbul edəcək.