10 aprel 2026. Cümə

Robertson mövsümün sonunda "Liverpul"dan ayrılacaq


Robertson mövsümün sonunda "Liverpul"dan ayrılacaq

İngiltərənin "Liverpul" klubu müdafiəçi Endryu Robertsonun cari mövsümün sonunda komandadan ayrılacağını rəsmən açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Şotlandiya millisinin kapitanı 9 mövsüm çıxış etdiyi “Enfild”lə yayda azad agent kimi vidalaşacaq.

Endryu Robertson “Liverpul”un heyətində iki dəfə İngiltərə çempionu olub, həmçinin UEFA Çempionlar Liqasını, İngiltərə Kubokunu və iki dəfə Liqa Kubokunu qazanıb. Bundan əlavə, o, klubla birlikdə Beynəlxalq Futbol Federasiyasının Klublararası dünya çempionatının, UEFA Superkubokunun və İngiltərə Superkubokunun qalibi olub.

Bildirilib ki, komandadan ayrılmasına baxmayaraq, futbolçu mövsümün qalan hissəsində maksimum nəticə qazanmaq üçün diqqətini tam şəkildə çıxış etdiyi komandaya yönəldib.







İngiltərə P.L.