17 may 2026. Bazar günü

“Arsenal” doğma meydanda uduzdu


“Arsenal” doğma meydanda uduzdu

İngiltərə Premyer Liqasının 32-ci turunda “Arsenal” və “Bornmut” komandaları qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, Londonun “Emirates” stadionunda keçirilən görüş “Bornmut”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 17-ci dəqiqədə qonaq komandanın hücumçusu Eli Krupi açıb. 35-ci dəqiqədə “Arsenal”ın forvardı Viktor Dökereş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib. 74-cü dəqiqədə isə yarımmüdafiəçi Aleks Skott “Bornmut”u yenidən önə çıxarıb.

Hazırda “Arsenal” 70 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Bornmut” isə 45 xalla 9-cu sıraya yüksəlib.

Növbəti turda “Arsenal” 19 apreldə səfərdə “Mançester Siti” ilə qarşılaşacaq, “Bornmut” isə 18 apreldə “Nyukasl Yunayted”in qonağı olacaq.







İngiltərə P.L.

“Qvardiola dəlidir, hamımız onu sevirik”
  • İngiltərə P.L.
  • 23:09 16.05.2026
“Qvardiola dəlidir, hamımız onu sevirik”