11 aprel 2026. Şənbə

“PSJ-yə gedə bilərdim”


“PSJ-yə gedə bilərdim”

“Tottenhem” klubunun hücumçusu Riçarlison Fransanın PSJ klubu ilə əvvəllər əlaqələrinin olduğunu etiraf edib.

90deqiqe.Az xəbər verir ki, braziliyalı futbolçu bildirib ki, Paris təmsilçisi ilə bir neçə dəfə təmas yaşanıb:

“Mbappe komandadan ayrılmaq ərəfəsində olanda mənimlə əlaqə saxlayırdılar. Bir dəfə hətta nümayəndəm danışıqlar üçün Parisə getmişdi”.

Riçarlison qeyd edib ki, həmin keçid baş tutsaydı, buna sevinərdi: “Mən ora keçmək istəyirdim, hətta Braziliya yığmasında Neymarla bu barədə danışmışdıq. Amma alınmadı. Təəssüf edirəm, Neymar və digər braziliyalılarla PSJ-də oynamaq inanılmaz olardı”.

Qeyd edək ki, hazırda “Tottenhem” İngiltərə Premyer Liqasında 18-ci pillədə qərarlaşıb və turnir cədvəlində aşağı zonada yer alır.







İngiltərə P.L.

"Everton" xal itirdi, "Brayton"dan qələbə
  • İngiltərə P.L.
  • 20:18 11.04.2026
"Everton" xal itirdi, "Brayton"dan qələbə
“PSJ-yə gedə bilərdim”
  • İngiltərə P.L.
  • 19:11 11.04.2026
“PSJ-yə gedə bilərdim”
“Arsenal” doğma meydanda uduzdu
  • İngiltərə P.L.
  • 18:31 11.04.2026
“Arsenal” doğma meydanda uduzdu
“Mən onlara inanıram”
  • İngiltərə P.L.
  • 22:38 10.04.2026
“Mən onlara inanıram”