12 aprel 2026. Bazar günü

"Mənim üçün “Liverpul” dünyanın ən böyük klubudur"


"Mənim üçün “Liverpul” dünyanın ən böyük klubudur"

İngiltərə Premyer Liqasının oyununda “Liverpul” “Fulhem”i 2:0 hesabı ilə məğlub etdikdən sonra cinah hücumçusu Rio Nqumoha matçla bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" 17 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

“Enfilddə 3 xal qazanmaq möhtəşəm hissdir. Atmosfer inanılmaz idi, bu da günü daha da xüsusi etdi. Qolum? Mənim üçün çox özəldir. Robertson mənə boş zona yaratdı, mən də mərkəzə çəkilib zərbə vurdum. ‘Liverpul’ mənim üçün dünyanın ən böyük klubudur. Bu yaşda burada oynamaq, məşqçi və komandanın sənə güvənməsi böyük motivasiyadır. Mənə çox işləmək lazımdır”.

Qeyd edək ki, Nqumoha görüşdə vurulan qollardan birinin müəllifi olub.

Əlavə edək ki, “Liverpul” 14 apreldə Çempionlar Liqası çərçivəsində PSJ-ni qəbul edəcək.







İngiltərə P.L.

“Liverpul”dan inamlı qələbə
  • İngiltərə P.L.
  • 22:27 11.04.2026
“Liverpul”dan inamlı qələbə
"Everton" xal itirdi, "Brayton"dan qələbə
  • İngiltərə P.L.
  • 20:18 11.04.2026
"Everton" xal itirdi, "Brayton"dan qələbə
“PSJ-yə gedə bilərdim”
  • İngiltərə P.L.
  • 19:11 11.04.2026
“PSJ-yə gedə bilərdim”
“Arsenal” doğma meydanda uduzdu
  • İngiltərə P.L.
  • 18:31 11.04.2026
“Arsenal” doğma meydanda uduzdu
“Mən onlara inanıram”
  • İngiltərə P.L.
  • 22:38 10.04.2026
“Mən onlara inanıram”