27 may 2026. Çərşənbə

"Nunes “Çelsi” və ya “Mançester Yunayted”də oynamalıdır"


"Nunes “Çelsi” və ya “Mançester Yunayted”də oynamalıdır"

"Çelsi” və Fransa millisinin sabiq futbolçusu Marsel Desayi hücumçu Darvin Nunesə İngiltərə Premyer Liqasına qayıtmağı tövsiyə edib.

90deqiqe.Az-ın məlumatına görə, o bildirib ki, futbolçu üçün ən uyğun variant “Çelsi” və ya “Mançester Yunayted” kimi klublar ola bilər.

Darvin Nunes 2025-ci ildə 53 milyon avro qarşılığında “Liverpul”dan “Əl-Hilal”a transfer olunub. Onun müqaviləsi 2028-ci il iyunun 30-na qədər nəzərdə tutulub.

Cari mövsümdə portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı klubunun heyətində 24 oyunda meydana çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalının məlumatına görə, Nunesin hazırkı bazar dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.







İngiltərə P.L.

"Bu, karyeramın ən çətin mövsümü idi"
  • İngiltərə P.L.
  • 22:52 24.05.2026
"Bu, karyeramın ən çətin mövsümü idi"