12 aprel 2026. Bazar günü

“İndi özünü göstərməlidir”


“İndi özünü göstərməlidir”

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Liam Rosenyor komandanın hücumçusu Joao Pedro barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, o bildirib ki, futbolçunun böyük potensialı var və artıq onu reallaşdırma vaxtıdır:

“Joao Pedro haqqında hamı bilir ki, onun böyük potensialı var, amma indi o yaşdadır ki, bu potensialı meydanda göstərməlidir. Onun daha çox qol vurmasını, bizə İngiltərə Kubokunu qazanmaqda kömək etməsini və Çempionlar Liqasına vəsiqə əldə etməyimizi görmək məni ən çox sevindirər. Həmçinin onun Braziliya millisində 9 nömrəli formanı geyinərək dünya çempionatında oynamasını görmək istərdim”, – deyə o qeyd edib.

Qeyd edək ki, cari mövsümdə Joao Pedro “Çelsi”nin heyətində 44 oyuna çıxıb, 19 qol vurub və 9 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

“İndi özünü göstərməlidir”
  • İngiltərə P.L.
  • 17:30 12.04.2026
“İndi özünü göstərməlidir”